“US Open” turnirinin final oyunu keçirilib

10 Sentyabr 2018 11:58

Xəbər 513 dəfə oxunub

Sentyabrın 10-da “US Open” turnirinin final oyunu keçirilib.Azərtac xəbər verir ki, Nyu-Yorkda keçirilən kişilər arasında tennis üzrə nüfuzlu turnirlərdən olan “US Open” turnirinin həlledici görüşündə argentinalı Xuan Martin del Potro (Argentina) və Novak Cokoviç (Serbiya) üz-üzə gəliblər. Görüş üç saat iyirmi bir dəqiqə davam edib.İlk setdə daha üstün oyun nümayiş etdirən serbiyalı tennisçi qalib gəlib (6:3). İkinci set daha gərgin keçərək “tay breyk”ə qədər uzanıb və yenidən Novak Cokoviçin qələbəsi ilə yekunlaşıb (7:6). Üçüncü setdə bütün gücünü ortaya qoyan Novak rəqibinə heç bir şans verməyib (6:3). Beləliklə, serbiyalı idmançı üçüncü dəfə “US Open” turnirinin qalibi olub. “Böyük dəbilqə” seriyasında isə 14-cü titulu olub.Novak Cokoviç “US Open” turnirinin yarımfinal mərhələsində Yaponiya idmançısı Key Nişikorini (6:3, 6:4, 6:2), Xuan Martin del Potro isə həmin mərhələdə Rafael Nadali məğlub edib – 7:3, 6:2. Görüş Rafael Nadalın ikinci setdə zədələnməsi ilə əlaqədar hakim tərəfindən dayandırılıb.Xatırladaq ki, Novak Cokoviç “Böyük dəbilqə” seriyalı tennis turnirini qazanan ilk serb tennisçi kimi tarixə düşüb. Onun ilk dəfə “Böyük dəbilqə” seriyasında iştirakı 2005-ci ilə təsadüf edir. İlk debüt çıxışında Novak Cokoviç həmin il turnirin qalibi Marat Safina uduzub – 6:0, 6:2, 6:1. İdmançının ilk uğuru 2006-cı ildə Zaqrebdə keçirilən turnirdə yarımfinala yüksəlməsi olub. 2008-ci ildə Novak finalda oynamaq hüququ qazanıb. O, yarımfinalda Rojer Federeri üç setə məğlub edib. Finalda fransalı tennisçi Jo-Ulfrid Tsonqanı məğlub edərək karyerasında ilk dəfə “Böyük dəbilqə” seriyası turnirinin qalibi adını qazanıb. Ümumilikdə isə serbiyalı idmançı 14 dəfə “Böyük dəbilqə” seriyası turnirində rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.Xuan Martin del Potro final mərhələsində qalib gəlsə idi, karyerasında ikinci dəfə “Böyük dəbilqə” seriyasında qalib adı qazanacaq idi. Onun karyerasında ən böyük uğuru 2009-cu ildə təsadüf edir. O, həmin il “Böyük dəbilqə” seriyasında yarımfinalda Rafayel Nadali, finalda isə Rojer Federeri məğlub edərək turnirin qalibi adını qazanıb. Xuan Martin del Potro “Böyük dəbilqə” seriyasında qalib gələn ikinci argentinalı kimi tarixə düşüb. Bu titulu ilk dəfə 1977-ci ildə həmyerlisi Qilyermo Vilas qazanıb.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02