Sentyabrın 11-də keçiriləcək yeddi oyunla UEFA Millətlər Liqasının ikinci turuna yekun vurulacaq.Azərtac xəbər verir ki, günün ən çox maraqla gözlənilən oyunu “Estadio Martinez Valero” stadionunda keçiriləcək. “A” liqasının 4-cü qrupunda yer alan sonuncu dünya çempionatının finalçısı Xorvatiya millisi İspaniya yığmasının qonağı olacaq. Bu liqanın 2-ci qrupunda yer alan İslandiya yığması isə Belçika millisini qəbul edəcək.“B” liqasının 3-cü qrupunda qərarlaşan Bosniya və Herseqovina yığması Avstriya millisi ilə qarşılaşacaq.“C” liqasının 1-ci qrupunda Finlandiya millisi Estoniya yığmasını, Macarıstan seçməsi isə Yunanıstan komandasını qəbul edəcək.“D” liqasının 2-ci qrupunda yer alan komandalardan Moldova və Belarus, San-Marino ilə isə Lüksemburq milliləri üz-üzə gələcəklər.Xatırladaq ki, “D” liqasının 3-cü qrupunda yer alan Azərbaycan millisi ötən gün səfərdə Malta yığması ilə heç-heçə (1:1) edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…