FIFA klublara məhdudiyyət qoya bilər

13 Sentyabr 2018 12:40

Xəbər 751 dəfə oxunub

FIFA icarəyə verilən futbolçuların sayına görə klublara məhdudiyyət qoya bilər.Azərtac “Sport Bild” nəşrinə istinadla xəbər verir ki, FIFA maksimum 8 oyunçunun icarəsinə icazə verməyi planlaşdırır. Üstəlik, bir klubun digərinə ən çox 4 futbolçu göndərməsi nəzərə tutulub. Bununla belə, klubların 21 yaşadək yetirmələri istisna təşkil edəcək. Klublar bu oyunçuları daha da inkişaf etdirmək üçün limitsiz icarə edə bilərlər.FIFA-nın qərarı qüvvəyə minərsə, bu, ən çox İngiltərənin “Çelsi” və İtaliyanın “Yuventus” klublarına təsir edəcək. Belə ki, “Çelsi” bu yay transferində 40, “Yuventus” klubu isə 26 gənc oyunçu icarəyə verib.xeber100.com