“Mançester Siti” klubu gəlirlərinə dair hesabat təqdim edib

14 Sentyabr 2018 12:56

Xəbər 1250 dəfə oxunub

İngiltərənin “Mançester Siti” klubu 2017-2018 mövsümündəki gəlirlərinə dair hesabat təqdim edib.Azərtac yerli KİV-lərə istinadla məlumat verir ki, klubun rekord məbləğdə – 505,5 milyon funt-sterlinq qazandığı bildirilir.Klubun təmiz qazancı 10,4 milyon funt təşkil edib. Son 5 ildə gəlirlər 44 faiz artıb. Bu, teleyayım hüquqlarının satışı, Çempionlar Liqasındakı irəliləyiş və daha əlverişli sponsor müqavilələri ilə əlaqədardır.Qeyd edək ki, ötən mövsüm “Mançester Siti” İngiltərə çempionu olub. Hazırda komanda 4 turdan sonra 10 xalla 4-cü yeri tutur.xeber100.com