Futbol üzrə Türkiyə Superliqasının beşinci turunda

17 Sentyabr 2018 10:30

Xəbər 793 dəfə oxunub

Futbol üzrə Türkiyə Superliqasının beşinci turunda “Fənərbağça” komandası səfərdə “Konyaspor”la qarşılaşıb.Azərtac  xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.Oyunda yeganə qolu meydan sahiblərinin qapısından matçın 67-ci dəqiqəsində “Fənərbağça”nın futbolçusu Elif Elmas keçirib. Beləliklə Türkiyə futbolunun liderlərindən biri “Fənərbağça” yeni mövsümdə çempionatda üç ardıcıl məğlubiyyətdən sonra beşinci turda qalib gəlib.Bu qələbə sayəsində fənərbağçalılar xallarının sayını 6-ya çatdıraraq lider “Qalatasaray”la arasındakı xal fərqini azaldıb.Qeyd edək ki, bu turda keçirilmiş oyunlarda çempionluğa iddialı komandalardan “Qalatasaray”, “Beşiktaş” və Başakşehir” rəqiblərini məğlub edərək üç xala sahib olublar.Tura “Alanyaspor”- “Trabzonspor” görüşü ilə yekun vurulacaq. Hazırda “Qalatasaray”, “Başakşehir” və “Kasımpaşa” komandaları 12 xalla çempionatda birinci, ikinci, üçüncü yerləri bölüşürlər. “Beşiktaş” isə turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.xeber100.com