Azərbaycanın qadınlardan ibarət “Azərsu” həndbol komandası Avropa Həndbol Federasiyası (EHF) kuboku uğrunda yarışların birinci təsnifat mərhələsi çərçivəsində Polşanın “Metrako Zaqlebie Lubin” kollektivi ilə növbəti oyununu keçirib.Azərtac EHF-in rəsmi saytına istinadla xəbər verir ki, “Hala Vidoviskovo Sportova” arenasında keçirilən qarşılaşmada nominal ev sahibi kimi çıxış edən komandamız bu dəfə də meydandan məğlub ayrılıb – 30:26. İki oyunun ümumi nəticəsinə görə 57:47 hesabı ilə qələbə qazanan polşalılar növbəti mərhələyə yüksəliblər. Təmsilçimiz isə mübarizəni birinci təsnifat mərhələsində dayandırıb.Qeyd edək ki, görüşün baş hakimləri ukraynalı Anatoli Novikov və Valeri Rozkov olub. EHF-i isə belaruslu Siarhei Kot təmsil edib.Xatırladaq ki, “Metrako Zaqlebie Lubin” həndbolçuları “Azərsu” ya ilk oyunda 27:21 hesabı ilə qalib gəliblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…