Cüdo üzrə dünya çempionatının 1/32 final mərhələsində

21 Sentyabr 2018 11:34

Xəbər 683 dəfə oxunub

Cüdo üzrə dünya çempionatının 1/32 final mərhələsində misirli Mohamed Abdelmavqudu məğlub edən Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə 1/16 finalda braziliyalı Daniel Karqnə uduzub.Beləliklə, 66 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz dünya çempionatında mübarizəni dayandırıb.Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə 1/32 final mərhələsində misirli Mohamed Abdelmavqudu məğlub edib.Cüdoçumuz 1/16 final mərhələsində braziliyalı Daniel Karqnin ilə qarşılaşacaq.Bakıda keçirilən cüdo üzrə dünya çempionatında 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Nicat Şıxəlizadənin 1/32 final mərhələsindəki rəqibi müəyyənləşib.Azərtac xəbər verir ki, milli komandamızın üzvü bu mərhələdə misirli Mohamed Abdelmavqud ilə qarşılaşacaq.Xatırladaq ki, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatında 125 ölkədən 800-dək kişi və qadın idmançı 14 çəki dərəcəsində mübarizə aparır. Bu gün 66 kiloqram çəki dərəcəsində kişilər, 52 kiloqram çəki dərəcəsində isə qadınlar tatami üzərinə çıxıblar.Çempionat sentyabrın 27-dək davam edəcək.xeber100.com