“Barselona” futbol klubu 2019/2020-ci il mövsümündə

28 Sentyabr 2018 13:58

Xəbər 1334 dəfə oxunub

İspaniyanın “Barselona” futbol klubunun 2019/2020-ci il mövsümündə loqosunda dəyişiklik olunacaq.Azərtac klubun rəsmi saytına istinadla xəbər verir ki, istifadəyə veriləcək yeni loqonun forması saxlanılıb. Dəyişiklik yalnız “FCB” yazısının yığışdırılması olub. Sonuncu dəfə klub 2002-ci ildə loqo dəyişikliyi edib.“Barselona” 25 dəfə İspaniya çempionu olub, həmçinin 30 dəfə İspaniya kubokunun, 13 dəfə İspaniya Super kubokunun, 5 dəfə UEFA Çempionlar Liqasının və UEFA Super kubokunun qalibidir.xeber100.com