Oktyabrın 6-7-də Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 4-cü Azərbaycan çempionatı və Bakı birinciliyi keçiriləcək.Azərtac xəbər verir ki, idmanın bu növünün ölkəmizdə qısa inkişaf yolu keçməsinə baxmayaraq, artıq ikinci dəfədir ki, çempionat açıq elan olunub və Beynəlxalq Gimnastika Federasiyası tərəfindən beynəlxalq yarış kimi təsdiqlənib. Bu da o deməkdir ki, medallar uğrunda gedən mübarizədə yerli gimnastlarımız meydançanı xarici gimnastlarla da bölüşəcəklər. Ötən il olduğu kimi bu il də Bolqarıstan və Rusiyadan, həmçinin ilk dəfə olaraq, Ukrayna və Qazaxıstandan gimnastların qatılacağı turnir artıq rəqabətin yüksək olacağını vəd edir.Qeyd edək ki, 2 gün davam edəcək yarışda 200-ə yaxın gimnastın iştirakı gözlənilir. “Ocaq Sport” və “AyUlduz” klublarının təmsilçiləri, o cümlədən qonaq gimnastlar 7-8, 9-11, 12-14, 15-17, 18 və daha böyük yaş kateqoriyasında yer alaraq, fərdi qadın, fərdi kişi, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış edəcəklər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…