“Çelsi” klubunun müdafiəçisi məşqçilik karyerasına başlayıb

30 Sentyabr 2018 14:59

Xəbər 587 dəfə oxunub

İngiltərə millisi və “Çelsi”nin sabiq müdafiəçisi Con Terri məşqçilik karyerasına başlayıb.Milli.az xəbər verir ki, Terrinin məşqçi kimi ilk iş yeri “Çelsi”olacaq. O, “zadəganlar”ın 23 yaşdan aşağı futbolçulardan ibarət komandasına rəhbərlik edəcək. Terri bu postda Codi Morissanı əvəz edib. Morissa Frenk Lempardın baş məşqçisi olduğu Derby County-yə gedib.Terrinin illik məvacibi 800 min funt olacaq. Con Terri sentyabr ayında Moskva Spartak-ına keçməyə yaxın idi. Ancaq futbolçu ailəsi ilə məsləhətləşdikdən sonar Rusiyaya getməkdən imtina edib. Terri 1998-2017-ci illərdə “Çelsi”nin şərəfini qoruyub. Ö, ötən mövsümü Aston Villa-da keçirib.xeber100.com