“Barselona”nın futbolçusu La Liqanın 7-ci turunda

30 Sentyabr 2018 15:04

Xəbər 850 dəfə oxunub

“Barselona”nın futbolçusu Lionel Messi La Liqanın 7-ci turunda “Atletik”lə 1:1 hesabı ilə heç-heçə etdikləri matçdan sonra fikirlərini bildirib.Milli.az xəbər verir ki, argentinalı forvard İspaniya mətbuatına açıqlamasında müdafiədə güclü olmadıqlarını deyib:”Mövsümün əvvəlidir hələ. Son həftələrdə aldığımız nəticələr gözlənilməz oldu. Müdafiə xəttimiz daha güclü olmalıdır. Hər oyunda qapımızdan top buraxsaq, oyunları qazana bilmərik”.”Barselona” son həftələrdəki xal itkilərinə baxmayaraq, 14 xalla turnir cədvəlində Real-la 1-2-ci yerləri bölüşür.xeber100.com