“Qəbələ” idman klubunun kikboksçusu növbəti qələbəsini qazanıb

1 Oktyabr 2018 13:13

Xəbər 635 dəfə oxunub

Azərbaycanın və “Qəbələ” idman klubunun kikboksçusu Alim Nəbiyev növbəti qələbəsini qazanıb.Azərtac xəbər verir ki, idmançımız “Glory” seriyalı yarışda uğur əldə edib. O, Hollandiyanın paytaxtı Amsterdamda təşkil olunan “Glory59” döyüş gecəsindən qələbə ilə ayrılıb. A.Nəbiyev “Yohan Kroyff Arena”da hollandiyalı Eyevan Danenberqlə üz-üzə gəlib. “Glory” reytinqinin 2-cisi olan kikboksçumuz bu siyahıda 4-cü olan rəqibinin müqavimətini qıraraq, döyüşü qalib kimi tərk edib.Bu, Alimin nüfuzlu seriyada keçirdiyi 5-ci döyüşdə 4-cü qələbəsi olub. Ümumilikdə isə A.Nəbiyev 57-ci döyüşündə 50-ci dəfə qalib gəlib.xeber100.com