Voleybol komandası dünya çempionatının II mərhələsində

7 Oktyabr 2018 14:41

Xəbər 657 dəfə oxunub

Bu gün voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatının II mərhələsində ilk oyununa çıxıb.Milli.az bildirir ki, komandamız İtaliya yığması ilə qarşılaşıb. Görüş rəqibin 3:0 (25:12, 25:19, 15:10) hesablı qələbəsi ilə yekunlaşıb.Millimiz növbəti oyununu oktyabrın 8-də Çin yığmasına qarşı keçirəcək.”F” qrupunda İtaliya millisi 18 xalla birinci pillədə qərarlaşıb. ABŞ 16 xalla ikinci, Rusiya 15 xalla üçüncü, Çin 12 xalla dördüncü, Tailand 10 xalla beşinci yerdədir. Hesabında 9 xal olan Türkiyə yığması altıncıdır. Azərbaycan və Bolqarıstan isə 6 xalla yeddinci-səkkizinci pilləni bölüşürlər.Qaydalara görə, ikinci mərhələdə qrup daxilində I-III yerləri tutan komandalar növbəti mərhələyə adlayacaqlar.xeber100.com