Güləş Federasiyasının məlumatına görə…

10 Oktyabr 2018 12:44

Xəbər 720 dəfə oxunub

Qadın güləşçilərdən ibarət Azərbaycan yığması İstanbulda təlim-məşq toplanışını davam etdirir.Azərbaycan Güləş Federasiyasından Azərtac-a bildiriblər ki, oktyabrın 20-dək davam edəcək hazırlıq prosesi Türkiyə millisi ilə birlikdə keçirilir. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudov heyətdə yer alan 9 güləşçi ilə bu həftə yüklənmə rejimində məşqləri davam etdirir. İdmançılarımız gündə iki dəfə məşq edirlər. Gələn həftədən isə hazırlıq prosesi yüngülləşəcək və gündə bir məşq olacaq.Qeyd edək ki, təlim-məşq toplanışı oktyabrın 20-dən 28-dək Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq dünya çempionatına hazırlıq xarakteri daşıyır.Qadınlar oktyabrın 22-25-də yarışacaqlar.xeber100.com