“Qəbələ” futbol klubu yoxlama oyunu keçirib

13 Oktyabr 2018 19:47

Xəbər 1327 dəfə oxunub

Topaz Premyer Liqasının II dövrəsinin hazırlıqlarını davam etdirən “Qəbələ” yoxlama oyunu keçirib.Milli.az xəbər verir ki, “qırmızı-qaralar” “Səbail”lə üz-üzə gəlib. “Baki” FK-nın təlim-məşq meydanında keçirilən görüşdə Sənan Qurbanovun komandası minimal hesabla qalib gəlib – 1:0.Oyunun 65-ci dəqiqəsində Ceyms Adeniyi fərqlənib.
“Qəbələ” – “Səbail” – 1:0.xeber100.com