UEFA Fransanın “Pari Sen-Jermen” (PSG) klubunu Çempionlar Liqasının qrup mərhələsində Serbiyanın “Red Star” komandası ilə keçirdiyi matçda yaşananlarla əlaqədar 20 min avro məbləğində cərimələyib. Bununla yanaşı, hər iki komandanın azarkeşlərinin səbəb olduğu hadisələrlə bağlı əlavə araşdırmanın aparılması qərara alınıb.Azərtac xəbər verir ki, bu barədə UEFA-nın saytında məlumat verilib.“PSG”nin cərimələnməsinin əsas səbəbi oyunun gec başlaması olub. Komandanın baş məşqçisi Tomas Tüxelə bu barədə xəbərdarlıq edilib. Parislilərə qarşı, həmçinin oyun zamanı azarkeşlər tərəfindən pirotexniki vasitələrdən istifadə və klub nümayəndələrinin uyğun olmayan davranışları ilə bağlı da iddialar irəli sürülüb. UEFA-nın “Red Star” klubunun azarkeşlərinin davranışları ilə bağlı da müəyyən ölçü götürəcəyi gözlənilir. Bununla əlaqədar oyunda baş vermiş hadisələri və hər iki komandanın azarkeşlərinin davranışlarını araşdırmaq üçün müfəttişin təyin olunması qərara alınıb.Xatırladaq ki, oktyabrın 3-də Parisdə keçirilən həmin qarşılaşma ev sahiblərinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…