“Egypt International 2018” turnirinə yekun vurulub

29 Oktyabr 2018 10:57

Xəbər 589 dəfə oxunub

Misirin paytaxtı Qahirədə badminton üzrə “Egypt International 2018” turnirinə yekun vurulub.Azərbaycan Badminton Federasiyasından Azərtac-a bildiriblər ki, ölkəmizi turnirdə badmintonçularımız Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni təmsil edib.Mübarizəyə əsas mərhələdən start verən Edi Reski Dviçayo ilk görüşünü Yunanıstan təmsilçisi İlias Xansouya qarşı keçirib. Oyunun ilk setində hesab 9:4 Edinin xeyrinə olarkən Xansou ayağından zədə alıb. Texniki qələbə ilə səkkizdəbir final mərhələsinə yüksələn E.Dviçayo burada Macarıstan badmintonçusu Gerqo Pitelə 2:0 (21:6, 21:14) hesabı ilə qalib gəlib. Badmintonçumuz dörddəbir finalda Mavriki Respublikasının təmsilçisi, yarışın bir nömrəli reytinq favoriti Julyen Polu 2:0 (21:14, 21:18) hesabı ilə məğlub edib. Yarımfinalda çexiyalı Milan Ludik üzərində 2:0 (21:16, 21:8) hesablı qələbə qazanan idmançımız finalda macarıstanlı Gergeli Krauza da set vermədən qalib gəlib – 2:0 (21:16, 21:16). Beləliklə, təmsilçimiz kişilərin şəxsi yarışında “Egypt International 2018” turnirinin qalibi adını qazanıb.Digər badmintonçumuz Ezmi Qovimuramadhoni isə ilk görüşündə Rio Olimpiadasının iştirakçısı Lino Munoza 0:2 (13:21, 11:21) hesabı ilə uduzub.Edi Reski Dviçayo – Ezmi Qovimuramadhnoni cütü kişilərin qoşa yarışında uğurlu çıxışla yadda qalıblar. Edi və Ezmi dörddəbir finalda Pakistan (Anjum Bəşir/Şahmer İltikhar) ardınca isə Misir (Əhməd Salah/Əbdülrəhman Əbdülhakim) badmintonçularına 2:0 hesabı ilə qalib gəliblər. İdmançılarımız həlledici görüşdə misirli Əli Əhməd Əl Xateb və malayziyalı Yogendran Krişnan cütünü 2:1 (18:21, 21:15, 21:18) hesabı ilə məğlub edərək, kişilərin qoşa yarışında qızıl medal qazanıb.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02