Noyabrın 2-də futbol üzrə Türkiyə Superliqasının XI turunda “Qalatasaray” komandası İstanbul derbisində əzəli rəqibi “Fənərbağça”nı qəbul edəcək.Azərtac xəbər verir ki, “Türk Telekom Arena”da keçiriləcək matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Oyunun baş hakimi Fırat Aydınus olacaq.“Qalatasaray” və “Fənərbağça”nın heyətində bəzi aparıcı futbolçular zədəli və cəzalı olduqları üçün derbi oyununda meydana çıxa bilməyəcəklər.Bu qarşılaşma iki komanda arasında oynanılacaq 388-ci derbi matçı olacaq. Bu oyunlarda “Qalatasaray” 123, “Fənərbağça” isə 146 dəfə qalib gəlib, 118 görüş isə heç-heçə başa çatıb.Fatih Terimin baş məşqçisi olduğu komanda ötən həftə keçirilən görüşdə “Yeni Malatyaspor”a 0:2 hesabı ilə uduzub. Hesabında 19 xal olan “Qalatasaray” komandası üçüncü sırada qərarlaşıb.“Fənərbağça” klubunun rəhbərliyi sonuncu turda “Ankaragücü” komandasına 1:3 hesablı məğlubiyyətdən sonra hollandiyalı baş məşqçi Filip Kokunu vəzifəsindən azad edib. Derbi görüşünə komandanı hollandiyalı mütəxəssisin köməkçisi Ervin Kuman çıxaracaq. “Fənərbağça” çempionatda oynadığı son beş matçda qələbə qazana bilmir. On oyundan sonra cəmi 9 xal toplaya bilən “sarı-lacivərdlilər” hazırda turnir cədvəlində 18 komanda arasında 15-ci pillədə yer alıb.Türkiyə çempionatında “Başakşəhər” komandası 21 xalla liderdir. “Qalatasaray”la eyni xala malik “Kasımpaşa” isə top fərqinə görə turnir cədvəlində ikinci yeri tutur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…