“Barselona”nın yarımmüdafiəçisi transfer ediləcək

2 Noyabr 2018 13:20

Xəbər 667 dəfə oxunub

İtaliyanın “Milan” klubu İspaniyanın “Barselona” komandasının yarımmüdafiəçisi Denis Suarezi heyətinə qatmaq istəyir.“Football Espana” nəşri xəbər verir ki, 24 yaşlı ispaniyalını “Milan” klubu mövsümün əvvəlində transfer etmək istəsə də, kataloniyalılar futbolçunu komandada saxlamağa qərar veriblər. Transferlə “rossoneri”lərin yeni direktor vəzifəsinə təyin olunmuş klubun sabiq oyunçusu Leonardo məşğul olur. Leonardo orda xətti gücləndirmək məqsədi ilə İngiltərənin “Çelsi” klubunun oyunçusu Fabreqasın da transferi üzərində çalışır.Qeyd edək ki, D.Suarez cari mövsüm “Barselona”nın heyətində yalnız bir oyunda meydana çıxıb.xeber100.com