Cüdo üzrə Qran-Pri yarışları keçiriləcək

8 Noyabr 2018 13:17

Xəbər 769 dəfə oxunub

Noyabrın 9-11-də Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə Qran-Pri yarışları keçiriləcək.Azərtac xəbər verir ki, turnirdə kişilərin yarışında ölkəmizi Əhməd Yusifov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (81 kq), Tural Səfquliyev, Məmmədəli Mehdiyev (hər ikisi 90 kq), Elmar Qasımov (100 kq) və Şahin Qəhrəmanov (100 kq-dan yuxarı) təmsil edəcəklər.Qadın cüdoçuların yarışında Aişə Qurbanlı (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və İrina Kindzerskaya (78 kq-dan yuxarı) birincilik uğrunda mübarizə aparacaqlar.xeber100.com