Sankt-Peterburqda batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə 33-cü dünya çempionatı keçirilib.Azərtac xəbər verir ki, dünyanın 34 ölkəsindən 250-dən çox gimnastın iştirakı ilə keçən çempionatda Azərbaycan komandası da təmsil olunub. Yarışlara ilk öncə batutçuların fərdi proqramda çıxışları ilə start verilib. Bu növdə təmsilçilərimizdən İlya Qrişunin zədələnərək final mərhələsindən uzaq qalıb və bu səbəbdən gimnastımız sinxron proqramda da iştirak edə bilməyib. Fərdi çıxışlarda kişilər arasında digər təmsilçimiz Ruslan Ağamirov və qadın batutçumuz Veronika Zemlyana isə çempionatı 54-cü olaraq başa vurublar.Tamblinq üzrə yarışlarda isə ölkəmizi millimizin üzvü, 2018-ci ilin Avropa çempionu Mixail Malkin təmsil edib. Gimnastımız çıxışlarına yaxşı başlasa da, ani səhvi ilə ondan medal gözləyən hər kəsi məyus edib. Belə ki, Mixailin səhvə görə yüksək cərimə xalı alması onu sıralamada 25-ci edib.Qeyd edək ki, dünya çempionatının ardınca Sankt-Peterburq şəhərində Dünya Yaş Qrupu Yarışları start götürəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…