Futbol üzrə UEFA Millətlər Liqasının növbəti oyununda

16 Noyabr 2018 12:57

Xəbər 739 dəfə oxunub

FIFA referimiz Əliyar Ağayev futbol üzrə UEFA Millətlər Liqasının oyununa təyinat alıb.Azərtac AFFA-ya istinadla xəbər verir ki, noyabrın 19-da keçiriləcək Danimarka–İrlandiya qarşılaşmasının baş hakimi Ə.Ağayev olacaq.Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaqlar.Görüş Aarhus şəhərindəki “Ceres Park” stadionunda keçiriləcək.xeber100.com