FİFA “Bursaspor”klubuna transfer qadağası qoyub

17 Noyabr 2018 21:15

Xəbər 676 dəfə oxunub

FİFA Türkiyənin daha bir klubunu cəzalandırıb.Milli.az xəbər verir ki, Superliqa təmsilçisi “Bursaspor”a transfer qadağası qoyulub. Bursa təmsilçisi qış transfer pəncərəsində futbolçu ala bilməyəcək.Buna səbəb kimi ötən il “Bursaspor”u çalışdırmış fransız mütəxəssis Pol Le Quenin klubdan ona ödənilməli olan 240 min avronu vaxtında ala bilməməsi göstərilib.Xatırladaq ki, iki gün əvvəl digər Superliqa təmsilçisi “Kaysersipor”a da transfer qadağası qoyulub.xeber100.com