Həndbol Federasiyasının “Challenge Cup” turniri çərçivəsində

19 Noyabr 2018 11:34

Xəbər 658 dəfə oxunub

“Azəryol” həndbol klubu qadınlar arasında Avropa Həndbol Federasiyasının “Challenge Cup” (Çağırış kuboku) turniri çərçivəsində “Ankara Yenimahalle BSK” komandasına qalib gəlib.Azərtac Azərbaycan Həndbol Federasiyasının saytına istinadla xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən matçın birinci hissəsi 17:17 hesabı ilə başa çatıb. İkinci hissədə daha üstün oyun nümayiş etdirən “Azəryol” rəqibini 30:29 hesabı ilə məğlub edib.Ankaranın THF İdman Kompleksində keçirilmiş ilk qarşılaşmanı Şerif Xhema və Besfort Yahyadan ibarət kosovolu hakimlər briqadası idarə edib. EHF nümayəndəsi kimi isə gürcüstanlı Levan Gelaşvili fəaliyyət göstərib.xeber100.com