Taekvondo üzrə beynəlxalq turnir keçirilib

20 Noyabr 2018 11:45

Xəbər 937 dəfə oxunub

Gürcüstanda taekvondo üzrə “Tbilisi Open 2018” beynəlxalq turnirində Azərbaycan idmançıları altı medal qazanıblar.Azərtac xəbər verir ki, turnirə Azərbaycan idmançıları ilə yanaşı, Ukrayna, İran, Gürcüstan və Ermənistandan olan atletlər də qatılıblar.Turnirdə Şəmkir rayon gənclər və idman idarəsinin Uşaq Gənclər İdman Məktəbinin komandasının üzvlərindən Nihad Vəliyev (61 kq), Sabirə Hüseynli (68 kq), Fatimə Həsənova (33 kq) birinci yerə, Əsli İsayeva (30 kq) ikinci yerə Pərvin Hüseynova və Nərmin Bayramova (hər ikisi 36 kq) üçüncü yerə layiq görülüblər.Azərbaycan komandası medal sayına görə turnirdə birinci yeri tutub.xeber100.com