“Qəbələ” futbol klubu növbəti oyununu keçirəcək

28 Noyabr 2018 12:23

Xəbər 666 dəfə oxunub

Bu gün “Qəbələ” futbol klubu UEFA Gənclər Liqasında növbəti oyununu keçirəcək.Azərtac xəbər verir ki, komandamız səfərdə Almaniyanın “Herta” klubunun qonağı olacaq.Çempionlar yolunun ikinci mərhələsinin cavab qarşılaşmaları çərçivəsində baş tutacaq matçı Macarıstandan olan hakimlər briqadası idarə edəcək. Berlindəki “Vurfplats” stadionunda təşkil olunacaq görüşün baş hakimi Ferens Karako olacaq. Ona həmyerliləri Tibor Çatari və Norbert Bornemissa kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Almaniya təmsilçisi Lasse Kozlovski yerinə yetirəcək.Oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Üç həftə əvvəl Qəbələdə baş tutan ilk oyunda Almaniya çempionu 3:1 hesabı ilə qalib gəlib.xeber100.com