Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) 2018-ci ilin yekunlarına dair dünyanın ən yaxşı klub baş məşqçilərinin siyahısını dərc edib.Azərtac təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, 296 xal toplayan Madridin “Real” klubunun keçmiş baş məşqçisi Zinədin Zidan ilin ən yaxşı məşqçisi seçilib. Siyahıya görə, ikinci yeri alman mütəxəssis Yurgen Klopp (“Liverpul”, 109 xal), üçüncü yeri isə Xosep Qvardiola (“Mançester Siti”, 105 xal) tutublar. İlk beşliyi argentinalı Dieqo Simeone (“Atletiko”, 48 xal) və italiyalı Massimiliano Alleqri (“Yuventus” 33 xal) qapadıblar.2018-ci ildə Zidan “Real”la birlikdə ard-arda üçüncü dəfə UEFA Çempionlar Liqasının qalibi olub. Fransalı məşqçinin bu göstəricisi futbol tarixində bir ilkdir. 2017/18 mövsümünün sonunda Zidan “Real” klubunun baş məşqçisi postunu tərk edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…