Stolüstü tennis turniri təşkil ediləcək

7 Dekabr 2018 15:14

Xəbər 876 dəfə oxunub

Stolüstü Tennis Federasiyasının təşəbbüsü ilə dekabrın 8-də nazirlik, komitə və agentliklərin əməkdaşları arasında stolüstü tennis turniri təşkil ediləcək.Azərtac xəbər verir ki, “Şüa” İdman-Sağlamlıq Kompleksində keçiriləcək turnir şəxsi xarakter daşıyacaq.Yarışlar stolüstü tennisin təbliği, əməkdaşların sağlamlığının möhkəmləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyır.Yarışın qalibləri Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və mükafatları ilə təltif olunacaqlar.xeber100.com