Dünyanın ən çox qazanc əldə edən idmançılarının siyahısı açıqlanıb. Apa-nın məlumatına görə, “Forbes” jurnalının tərtib elədiyi siyahının ilk pilləsində Madridin “Real” klubunun və Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldu qərarlaşıb. K.Ronaldu “Forbes”-un siyahısına başçılıq edən ilk futbolçudur. O, ötən 1 il ərzində 88 milyon dollar qazanıb. K.Ronaldu gəlirlərinin 56 milyonunu klubu ilə müqavilədən, 32-i isə sponsorlardan qazanıb. Ən çox qazanan idmançılar arasında ikinci yeri “Barselona” klubunun və Argentina millisinin futbolçusu Lionel Messi tutur. Onun 1 ildəki gəliri 81,4 milyon dollar olub. Üçlüyü amerikalı basketbolçu Lebron Ceyms tamamlayıb – 77,2 milyon.
Dünyanın ən çox qazanan 10 idmançısı:
1. Kriştianu Ronaldu (futbol) – $ 88 mln
2. Lionel Messi (futbol) – $ 81,4 mln
3. Lebron Ceyms (basketbol) – $ 77,2 mln
4. Rocer Federer (tennis) – $ 67,8 mln
5. Kevin Dürant (basketbol) – $ 56,2 mln
6. Novak Cokoviç (tennis) – $ 55,8 mln
7. Kem Nyuton (Amerika futbolu) – $ 53,1 mln
8. Fil Mikelson (qolf) – $ 52,9 mln
9. Cordan Spayet (qolf) – $ 52,8 mln
10. Kobi Brayant (basketbol) – $ 50 mln
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…