“Fənərbağça” futbol klubu yeni baş məşqçisinin adını açıqlayıb

14 Dekabr 2018 13:51

Xəbər 692 dəfə oxunub

Türkiyənin “Fənərbağça” futbol klubu yeni baş məşqçisinin adını açıqlayıb.Azərtac klubun rəsmi saytına istinadla xəbər verir ki, bu, İstanbul təmsilçisini 2013-2014-cü ildə Türkiyə Super Liqasının qalibi edən Ersun Yanalldır. Klub 56 yaşlı mütəxəssis ilə 1,5 illik müqavilə imzalayıb.Qeyd edək ki, Ersun Yanall Fillip Kokunun istefaya göndərilməsindən sonra baş məşqçi vəzifəsində çalışmış Ervin Kumanı əvəzləyib.xeber100.com