Dekabrın 13-də UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün qrup mərhələsinin sonuncu – altıncı turuna yekun vurulub.Azərtac xəbər verir ki, tur çərçivəsində ən gözlənilməz hesabı Yunanıstanda qeydə alınıb. “Olimpiakos” doğma meydanda İtaliyanın “Milan” klubunu 3:1 hesabı ilə məğlub edib. Bu məğlubiyyətdən sonra Milan təmsilçisi avrokuboklarda mübarizəni dayandırıb. F qrupunun digər oyununda İspaniyanın “Real Betis” klubu səfərdə Lüksemburq təmsilçisi “F91 Dudelanj” ilə heç-heçə edib – 0:0.Qrup mərhələsini 12 xalla başa vuran “Real Betis” növbəti mərhələyə yüksəlib. Hər birinin aktivində 10 xalı olan “Olimpiakos” və “Milan” ikinci və üçüncü yerləri bölüşürlər. UEFA-nın reqlamentinə əsasən, şəxsi oyunların nəticəsinə görə Yunanıstan təmsilçisi pley-off mərhələsinə vəsiqə qazanıb. “F91 Dudelanj” isə 1 xalla sonuncu pillədə yer alıb.A qrupunda “Bayer Leverkuzen” səfərdə “AEK Larnaka”nı darmadağın (1:5) edərək 13 xalla qrup lideri kimi pley-offa yüksəlib. “Ludoqorets” ilə səfər görüşündə 1:1 hesablı heç-heçə edən “Sürix” də 10 xalla qrup ikincisi kimi qrupdan çıxmağı bacarıb. “AEK Lanaka” 5, “Ludoqorets” isə 4 xalla qrupda qalıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…