“Zirə” futbol klubu “Səbail” klubunu qəbul edib

15 Dekabr 2018 21:03

Xəbər 1380 dəfə oxunub

Azərbaycan kubokunda 1/4 final mərhələsinə start verilib.Milli.az bildirir ki, ilk oyun günündə iki görüş keçirilib. “Zirə” öz meydanında “Səbail”i qəbul edib və minimal hesabla qalib gəlib. Premyer Liqanın qış çempionu “Neftçi” bu mərhələdə “Sumqayıt”la üz-üzə gəlib. Qonaqlar bu görüşdə iki cavabsız qola seviniblər.”Qarabağ” isə 1/4 final mərhələsində ölkə kubokunun son qalibi “Keşlə” ilə münasibətlərinə aydınlıq gətirəcək.Bu mərhələdə daha çox maraq doğuran görüş “Qəbələ” ilə “Sabah”ın arasında olacaq. Premyer Liqada orta sıralarda qərarlaşan komandaların hər ikisi üçün kubokda mübarizəni davam etdirmək çox vacibdir.Mərhələnin ilk oyunları dekabrın 15-16-sında, cavab matçları 19-20-sində keçiriləcək.xeber100.com