“Sabah” və “Qəbələ” klubları arasında cavab qarşılaşması keçirilib

21 Dekabr 2018 13:48

Xəbər 737 dəfə oxunub

Dekabrın 20-də futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinin üçüncü görüşündə “Sabah” və “Qəbələ” klubları arasında cavab qarşılaşması keçirilib. Azərtac xəbər verir ki, “Əlincə Arena”da oynanılan görüşdə qəbələlilər minimal hesabla qalib gəliblər – 0:1. Oyunda yeganə qolu 80-ci dəqiqədə Ceyms Adeniyi vurub. “Qəbələ” komandası doğma meydandakı ilk görüşdə də 2:0 hesabı ilə qalib gəldiyindən iki oyunun nəticəsinə görə yarımfinala yüksəlib.Yarımfinal mərhələsinin sonuncu – dördüncü iştirakçısı “Keşlə” – “Qarabağ” görüşündən sonra müəyyənləşəcək. Komandalar arasındakı ilk matçda Ağdam təmsilçisi minimal hesabla qalib gəlib.Xatırladaq ki, dörddəbir final mərhələsinin dekabrın 19-da keçirilmiş iki cavab görüşünün nəticəsində “Zirə” və “Sumqayıt” komandaları yarımfinala vəsiqə qazanıblar.xeber100.com