Yunanıstan Super Liqasında XV tur qarşılaşmaları təxirə salınıb

23 Dekabr 2018 17:25

Xəbər 670 dəfə oxunub

Yunanıstan Super Liqasında bu həftə oynanılması planlaşdırılan XV tur qarşılaşmaları təxirə salınıb.Oxu.az xəbər verir ki, buna ölkənin FIFA referisi Tanasis Tzilosun evinin qarşısında müəyyən olunmayan şəxslər tərəfindən döyülməsi səbəb olub.Dörd maskalı şəxs hakimə hücum etdikdən sonra hadisə yerindən qaçıb. Başından və ayağından xəsarət alan Tzilos hadisədən sonra xəstəxanaya yerləşdirilib.Yunanıstan Hakimlər Komitəsi həmkarlarına dəstək üçün həftəsonu qarşılaşmalarında iştirak etməmək qərarı alıb.Qeyd edək ki, çempionat matçları qış fasiləsindən sonra keçiriləcək.xeber100.com