“Napoli” futbol klubu yeni müqavilə imzalayıb

24 Dekabr 2018 12:47

Xəbər 655 dəfə oxunub

İtaliyanın “Napoli” futbol klubu müdafiəçi Kalida Kulibali ilə yeni müqavilə imzalayıb.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, klub rəsmiləri önümüzdəki günlərdə müqaviləni ictimaiyyətə açıqlayacaqlar.Yeni müqaviləyə əsasən, seneqallı oyunçunun gəliri ildə 6 milyon avro təşkil edəcək. Bu göstərici ilə o, klubun ən yüksək gəlirli futbolçusu olacaq.Qeyd edək ki, daha öncə “Napoli” Kalidanı 106 milyon avro qarşılığında “Mançester Yunayted” klubuna transferindən imtina etmişdi.xeber100.com