“Mançester Siti” futbol klubu yeni müqavilə imzalayıb

26 Dekabr 2018 12:39

Xəbər 573 dəfə oxunub

İngiltərənin “Arsenal” və “Mançester Siti” futbol klublarının keçmiş oyunçusu Bakari Sanya Kanadanın “Montreal” klubu ilə yeni müqavilə imzalayıb.Azərtac klubun rəsmi saytına istinadla xəbər verir ki, imzalanmış müqaviləyə görə, 35 yaşlı müdafiəçi 2019-cu ilin sonunadək Kanada təmsilçisinin şərəfini qoruyacaq.Sanya mətbuata açıqlamasında deyib: “Ümidvaram ki, yaxşı bir mövsüm olacaq və biz çempionluğa yüksələcəyik”.Qeyd edək ki, Fransa milli komandasının heyətində 65 oyun keçirən futbolçu 2010-cu və 2014-cü illərdə dünya çempionatında, 2016-cı ildə isə qitə birinciliyində iştirak edib.xeber100.com