Rusiyanın Sankt-Peterburq şəhərində şahmat üzrə rapid yarışlarına start verilib.Azərtac xəbər verir ki, kişilər arasında 206, qadınların yarışlarında 124 şahmatçının mübarizə apardığı yarışların ilk günündə 5 turun oyunları keçirilib. Azərbaycanın tanınmış şahmatçısı Şəhriyar Məmmədyarov 5 turun nəticəsinə görə 4 xal toplayıb. O, bu nəticəyə görə turnir cədvəlində 5-ci yerdədir. Qədir Hüseynovun aktivində 3,5, Rauf Məmmədovun isə 3 xalı var. 4-cü turun nəticələrinə görə Gülnar Məmmədova 3, Günay Məmmədzadə 2,5, Zeynəb və Türkan Məmmədyarova bacıları isə hərəyə 2 xal qazanıblar.Turnir cədvəlinin lideri 4,5 xalla iranlı Alireza Firoujadır. Qadınların turnirində isə 4 xalla Çin şahmatçısı Vencun Cu liderlik edir.Yarışlar dekabrın 28-dək keçiriləcək. Kişilərin yarışları 15, qadınların turniri isə 12 turdan ibarətdir.Blits üzrə dünya çempionatı isə dekabrın 29-30-da təşkil ediləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…