2018-ci ilin ən yaxşı on idmançısının adı açıqlanıb

28 Dekabr 2018 10:29

Xəbər 737 dəfə oxunub

Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) 2018-ci ilin ən yaxşı on idmançısının adını açıqlayıb.AMPK-dan Azərtac-a bildiriblər ki, paracüdoçular Bayram Mustafayev, İlham Zəkiyev və Şəhanə Hacıyeva ilin ən yaxşısı seçiliblər. Fərqlənənlər arasında parataekvondoçu Aynur Məmmədova, atletlər Oloxan Musayev və Samir Nəbiyev də yer alıblar. Eləcə də Pərvin Məmmədov, Elşən Hüseynov (hər ikisi pauerliftinq), Raman Salei (üzgüçülük) və Bəhruz Mirzəyev (boccia) cari ildəki çıxışlarına görə fərqləniblər.xeber100.com