“Qarabağ” klubu ilk yoxlama oyununa çıxacaq

12 Yanvar 2019 15:16

Xəbər 736 dəfə oxunub

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ilk yoxlama oyununa çıxacaq.Milli.az xəbər verir ki, Ağdam təmsilçisini Rumıniyanın “Botoşani” klubu ilə qarşılaşacaq. Belek qəsəbəsindəki “Gloria Sport” otelinin qapalı meydanında keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.Qeyd edək ki, “Qarabağ” növbəti matçını yanvarın 16-da Özbəkistanın “Paxtakor” klubuna qarşı keçirəcək. Qurban Qurbanovun komandası yanvarın 19-u Çexiyanın “Bohemians”, 23-ü Polşanın “Piast” və 26-sı Ukraynanın “Şaxtyor” (Donetsk) klublarıyla qüvvəsini sınayacaq.xeber100.com