Fransanın “Lill” klubu müqavilənin vaxtını uzadıb

15 Yanvar 2019 12:16

Xəbər 802 dəfə oxunub

Fransanın “Lill” futbol klubu baş məşqçi Kristof Qaltierlə müqaviləni uzadıb.Azərtac klubun rəsmi saytına istinadla xəbər verir ki, 52 yaşlı mütəxəssislə yeni müqavilə 2021-ci ilədək nəzərdə tutulub. Qaltier 2017-ci ilin dekabrından kluba rəhbərlik edir.Qeyd edək ki, “Lill” klubu 20 turdan sonra 37 xalla Fransa çempionatında ikinci yerdə qərarlaşıb.