“Tottenhem” klubu “Barselona”nın hücumçusunu heyətinə qatmaq istəyir

18 Yanvar 2019 11:23

Xəbər 702 dəfə oxunub

İngiltərənin “Tottenhem” futbol klubu İspaniyanın “Barselona” komandasının hücumçusunu heyətinə qatmaq istəyir.Azərtac xəbər verir ki, londonlular braziliyalı Malkoma görə danışıqlara başlayıblar.“Tottenhem” Malkomu cari mövsümün sonunadək icarə əsasında, daha sonra isə birdəfəlik şərtlərlə transfer etməyə dair müqavilə imzalamaq niyyətindədir.xeber100.com