U-19 millisi Antalyada dörd yoxlama oyunu keçirəcək

18 Yanvar 2019 11:26

Xəbər 582 dəfə oxunub

Xəbər verdiyimiz kimi, Avropa çempionatının elit-raund mərhələsinə hazırlıq məqsədilə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası yanvarın 19-dan 31-dək Antalyada təlim-məşq toplanışında olacaq.Azərtac AFFA-ya istinadla xəbər verir ki, hazırlıq zamanı 4 yoxlama oyunu keçirəcək yığmamız yanvarın 21-də, 24-də, 27-də və 30-da müvafiq olaraq “Krasnodar-3” (Rusiya), Küveyt U-19, “Tromso” (Norveç) və “Dinamo-2” (Rusiya) komandaları ilə qarşılaşacaq.xeber100.com