“Səbail” klubu bu gün ikinci yoxlama oyununa çıxıb

19 Yanvar 2019 19:27

Xəbər 601 dəfə oxunub

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Səbail” klubu bu gün ikinci yoxlama oyununa çıxıb.Milli.az bildirir ki, Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv İsveçrə “Sürix”i ilə qarşılaşıb.”Miracle Resort” İdman Kompleksinin stadionunda təşkil olunmuş oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.Hesabı 37-ci dəqiqədə Ağabala Ramazanov açsa da, 79-cu dəqiqədə Marko Şönbaxler bərabərlik qolunu vurub. Bununla da “Səbail” qələbə hesabını qoruya bilməyib.xeber100.com