“Sumqayıt” futbol klubunun yoxlama oyunu ləğv olunub

19 Yanvar 2019 19:43

Xəbər 1010 dəfə oxunub

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sumqayıt”ın bu gün Bosniya v Herseqovina “Çelik”i nəzərdə tutulan yoxlama oyunu ləğv olunub.Milli.az xəbər verir ki, buna rəqib komandanın son anda meydana çıxmaqdan imtina etməsi səbəb olub.Qeyd edək ki, “Sumqayıt” ilk sınaq matçında Qazaxıstan təmsilçisi “Jetısu” ilə heç-heçə edib – 1:1. “Kimyaçılar” yanvarın 22-də Makedoniyanın “Vardar”, 26-da isə Serbiyanın “Zemun” klubları ilə qarşılaşacaq.xeber100.com