İtaliya A Seriyasının 20-ci turu çərçivəsində

21 Yanvar 2019 15:45

Xəbər 513 dəfə oxunub

İtaliya A Seriyasının 20-ci turu çərçivəsində oyunlar keçirilib. Turun mərkəzi görüşündə “Napoli” doğma meydanda “Latsio”nu qəbul edib.Trend-in məlumatına görə, oyun ev sahibi komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə hesabı 34-cü dəqiqədə Kalyexon açıb. Üç dəqiqə sonra Milik hesabı artırıb. “Latsio”nun oyunda yeganə qolunu 65-ci dəqiqədə İmmobile vurub.Bununla da, “Napoli” 47 xalla ikinci, “Latsio” isə 32 xalla beşinci pillədə qərarlaşıb.Turun digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:
Frozinone – Atalanta 0:5
Fiorentina – Sampdoriya 3:3
Spal – Bolonya 1:1
Kalyari – Empoli 2:2.xeber100.com