Güləş Federasiyasının məlumatına görə…

21 Yanvar 2019 15:57

Xəbər 589 dəfə oxunub

Yanvarın son 10 günündə yeniyetmə güləşçilər arasında zona birincilikləri keçiriləcək.Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, fevralda təşkil olunacaq Azərbaycan çempionatına seçim xarakteri daşıyan yarışlar beş məkanda təşkil olunacaq.Belə ki, yanvarın 22-23-də Sabirabadda, yanvarın 24-25-də Sumqayıtda, yanvarın 26-27-də Yevlaxda, yanvarın 29-30-da isə Gəncədə yeniyetmələrin mübarizəsi baş tutacaq.Bakı çempionatı isə yanvarın 22-dən 26-dək davam edəcək. Bu yarışda paytaxtın gənc güləşçiləri də qüvvələrini sınayacaqlar.xeber100.com