“Mançester Yunayted” futbol klubu yeni müqavilə imzalayıb

22 Yanvar 2019 11:11

Xəbər 895 dəfə oxunub

İngiltərənin “Mançester Yunayted” futbol klubu Skott Maktominay ilə yeni müqavilə imzalayıb.Azərtac klubun saytına istinadla xəbər verir ki, 22 yaşlı şotlandiyalı müdafiəçi ilə yeni müqavilə 2023-cü ilədək imzalanıb. Müdafiəçinin müqaviləni 2024-cü ilədək uzatmaq imkanı var.Maktominay cari mövsümdə “Mançester Yunayted” klubunun heyətində 8 oyunda iştirak edib. Şotlandiya millisinin heyətində isə 5 oyun keçirib.xeber100.com