İngilis müdafiəçi “Derbi Kounti” komandasına transfer olunub

22 Yanvar 2019 11:25

Xəbər 807 dəfə oxunub

Amerikanın “Los Anceles Qalaksi” futbol klubunu iki ay əvvəl tərk etmiş ingilis müdafiəçi Eşli Koul İngiltərənin “Derbi Kounti” komandasına transfer olunub.Azərtac xəbər verir ki, klub rəhbərliyi 38 yaşlı müdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalayıb. Müdafiəçini “Derbi Kounti”yə klubun məşqçisi Frank Lampard dəvət edib.Xatırladaq ki, Koul və Lampard uzun müddət İngiltərə millisi və “Çelsi” klubunda birgə çıxış ediblər. Müdafiəçi İngiltərə millisinin heyətində 107 oyuna çıxıb.xeber100.com