İtaliya A Seriyasında növbəti turun oyunlarına yekun vurulub

22 Yanvar 2019 11:44

Xəbər 685 dəfə oxunub

İtaliya A Seriyasında XX turun oyunlarına yekun vurulub.Azertac xəbər verir ki, turun son oyununda lider “Yuventus” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Kyevo”nu sınağa çəkib. Matç meydan sahiblərinin 3:0 hesablı inamlı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində Duqlas Kosta, Əmrə Can və Daniele Ruqani fərqləniblər.Beləliklə, “Yuventus” bu qələbədən sonra xallarının sayını 56-ya yüksəldərək liderliyini davam etdirir.xeber100.com