“Australian Open-2019” turnirinin qadınlar arasında ikinci yarımfinal qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, Karolina Pliskova (Çexiya) və Naomi Osaka (Yaponiya) üz-üzə gəliblər. Bir saat 53 dəqiqə davam edən gərgin qarşılaşmada yaponiyalı tennisçi Naomi Osaka rəqibini məğlub edib (6:2, 6:4, 4:6).Beləliklə, “Australian Open” turnirinin qadınlar arasında hər iki finalçısı məlum olub. Yanvarın 26-da baş tutacaq final görüşündə Naomi Osaka çexiyalı tennisçi Petra Kvitova ilə qarşılaşacaq.İyirmi bir yaşlı Naomi Osakanın “Australian Open” turnirində ən yaxşı göstəricisi 2018-ci ildə dörddəbir final mərhələsinə çıxması olub. Yaponiyalı tennisçi 2018-ci ildə “US Open” turnirin qalibi adını qazanıb. Naomi 25 il ərzində “Australian Open” turnirin final mərhələsinə vəsiqə qazanan yeganə Yaponiya idmançısıdır.Xatırladaq ki, bu gün keçirilən ilk yarımfinal oyununda Petra Kvitova (Çexiya) Danielle Colinslə (ABŞ) qarşılaşıb. Görüş çexiyalı idmançının qələbəsi ilə başa çatıb (7:6, 6:0).“Australian Open” “Böyük dəbilqə” seriyasının 2019-cu il mövsümündəki ilk turniridir. Turnirin ümumi mükafat fondu 44,5 milyon dollardır.Turnirə yanvarın 27-də yekun vurulacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…